Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 11. Ayet:
Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay düşür). Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya ...
Tövbə Suresi, 91. Ayet:
Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz
xərcini
təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!...
Rum Suresi, 38. Ayet:
Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış
xərcini
, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır....
Talaq Suresi, 6. Ayet:
O qadınları, imkanınız çatdığı qədər öz yaşadığınız yerin bir hissəsində sakin edin və onları sıxışdırmaq məqsədilə onlarla bir-birinizin ziyanına olacaq şeylər etməyin. Əgər hamilədirlərsə, yüklərini yerə qoyana qədər onlar üçün xərcləyin/xərclərini çəkin. Sonra sizin üçün uşaq əmizdirsələr, onlara əvəzini verin və öz aranızda adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən bir tərzdə məşvərət edin. Və əgər çətinlik çəksəniz,
xərcini
ata çəkməklə, başqa bir qadın əmizdirsin....